5 avqust 2023 at 13:38
Jurnalist kodu: 5487
Xəbər kodu: 85189740
T T
0 Persons

Tags

Xarici İşlər naziri İran- Pakistan ticari mübadiləsini 5 milyard avroya çatdırmaq məqsədini açıqlayıb

Tehran - İRNA - Ölkəmizin Xarici İşlər naziri Pakistana səfəri başa çatdıqdan sonra bildirib ki, bu səfər keçmiş razılaşmaların həyata keçirilməsi prosesini sürətləndirmək və gələcəkdə transformasiyanın planlaşdırılması məqsədilə həyata keçirilib. O bildirib ki, son 20 ayda qarşılıqlı ticarətin həcmi yaxşı artsa da, qənaətbəxş deyil və növbəti addımımız dövriyyəni beş milyard avroya çatdırmaqdır.

İRNA-nın məlumatına görə, Xarici İşlər nazirinin İnstaqram qeydində deyilir: Dost və qardaş ölkə olan Pakistana səfərim başa çatdıqdan sonra Tehrana qayıtdım.

Bu səfər keçmiş razılaşmaların həyata keçirilməsi prosesini sürətləndirmək, iqtisadi və kommersiya əməkdaşlığına diqqət yetirmək, gələcəkdə perspektiv inkişaf planı, imzalanmış əməkdaşlıq sənədlərini dəyərləndirmək və qonşuluq siyasətinin inkişafı çərçivəsində iki ölkənin ümumi siyasi və təhlükəsizlik məsələlərini nəzərdən keçirmək məqsədilə həyata keçirilib.

Birinci proqramda və danışıqlara başlamazdan əvvəl, Pakistanın Xarici İşlər naziri, qardaşım, cənab Bilaval Bhutto Zərdari ilə biz iki ölkə arasında dostluq əlaməti olaraq bir fidan əkdik və İran və Pakistan xalqlarının uğuru və başucalığı üçün Uca Allaha dua etdik.

Son 20 ayda ikitərəfli ticarətin həcmi yaxşı artsa da, bu, qənaətbəxş deyil; növbəti addımımız isə, bu həcmi beş milyard avroya çatdırmaqdır. Odur ki, əməkdaşlığın artırılması və genişləndirilməsi məqsədilə Xarici İşlər Nazirliyinin İqtisadi Diplomatiya üzrə nazir müavini cənab Doktor Səfərinin sədrliyi ilə iki ölkənin yüksək səlahiyyətli iqtisadi nümayəndə heyətlərinin görüşünün sonunda biz Pakistanın Xarici İşlər naziri ilə birlikdə İran və Pakistan arasında ticari əməkdaşlıq üzrə beşillik strateji plan sənədini imzaladıq.

Pakistanın Baş naziri cənab Şahbaz Şəriflə də dəyərli görüşüm oldu. Görüşdə Pakistan hökumətindən doktor Rəisinin bu ölkəyə rəsmi səfər dəvətini almaqla yanaşı, biz iki ölkənin rəsmi nümayəndə heyətlərinin siyasi, iqtisadi, ticarət, turizm və sərhəd sahələrində apardıqları danışıqları müzakirə etdik.

Həmçinin İslamabadda Milli Məclis və Senatın sədrləri və Pakistan Ordusunun Ali Baş Komandanı ilə faydalı görüşlər keçirdim.

Həmçinin cümə günü Pakistanın qurucusu Məhəmməd Əli Cinnahın məzarına əklil qoyub ehtiram göstərdim. Ardınca, İran və Pakistan arasında iqtisadi və investisiya imkanlarına dair konfransda çıxış edərkən, ölkəmizin Ticarət Palatası ilə Kəraçi Ticarət Palatası arasında iqtisadi və ticari əməkdaşlıq sənədinin imzalanmasının şahidi oldum.

Kəraçidə olduğumuz müddətdə Sind əyaləti nazirinin təşəbbüsü və Pakistanın Sind əyalətinin meri, nazirləri və yüksək vəzifəli şəxslərinin iştirakı ilə İmam Xomeyninin (r.ə.) adını daşıyan yeni salınmış prospektdə onun adı ilə zinətlənmiş xatirə lövhəsinin açılışını etdik.
Sonda həmkarımla yenidən söhbət etdim və səfərin nəticələrini dəyərləndirdik.

0 Persons

Sizin rəyiniz

You are replying to: .